Müəllimlərin sertifikasiya vaxtı bilindi - Təhsil nazirindən ƏMR
Təhsil

Müəllimlərin sertifikasiya vaxtı bilindi – Təhsil nazirindən ƏMR

Təhsil Nazirliyi Təhsilverənlərin sertifikatlaşdırılmasının aparılacağı vaxtı açıqlayıb.

1Arada.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sertifikatlaşmanın bu ilin payız aylarından başlayacağını bildirib. Sertifikasiya növbəti ildə də davam edəcək.

Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb. Əmrdə dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılmasının təşkili məqsədilə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması qeyd olunur.

Şuranın sədri:
Məhəbbət Vəliyeva – Azərbaycan Respublikası Təhsil nazirinin müavini
Şuranın üzvləri:
Fərzəli Qədirov – Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini
Elnur Məmmədov- Təhsil nazirinin müşaviri, İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən
Eşqi Bağırov – İnsan resursları şöbəsinin müdiri
Vəfa Yaqublu – Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri
Murad Camalzadə -Təhsil İstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən
Vüsal Xanlarov – Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir