Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınmaq üçün təxirəsalınmaz tədbirlər görülməsi məqsədi ilə Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib. Qərara əsasən martın 3-dən-9-dək təhsil müəssislərində dərs olmayacaq. Lakin bu müddət ərzində kimlər təhsil müəssislərində ola bilər və ya işə çıxa bilər sualı maraqlandırır
1Arada.az bildirir ki, Təhsil nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov “Ölkə.Az”a açıqlamasında deyib ki, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən profilaktik tədbirlərə cəlb olunan şəxslərdən başqa heç kəs təhsil müəssisələrində ola bilməz. “Dezinfeksiya işlərini də ancaq Səhiyyə Nazirliyinin müəyyən qurumları var ki, bunu onalr həyata keçirməlidir. Elə qəbul edilən qərarın əsas məqsədi həyata keçiriləcək intensiv profilaktik dezinfeksiya işləri zamanı təhsil müəssislərində onlara kimsə mane olmasın”-F.Qədirov deyib.
O əlavə edib ki, tədrisin getdiyi bir zamanda belə səmərəli profilaktik tədbirlər həyata keçirmək mümkün olmadığından bu qərar verilib: “Odur ki, bu müddət ərzində məktəblərdə Səhiyyə Nazirliyinin müvafiq qurumları gəlib intensiv dezinfeksiya işləri aparacaq”.