Yemək Reseptləri

Möcüzəvi Çuğundur Və Qaragavalı Salatı

“Möcüzəvi” çuğundur və qaragavalı salatı resepti.
Bu salat, sizin süfrənizin ulduzuna çevriləcək!
Tərkibi:

  • Çuğundur 2 ədəd
  • Yerkökü 2 ədəd
  • Pendir 50 qr.
  • Yumurta 3 ədəd
  • Qaragavalı 70 qr.
  • Toyuq filesi 200 qr.
  • Mayonez 100 qr.
  • Zövqə görə duz

Hazırlanma qaydası:
Yumurtanı, toyuq filesini və tərəvəzləri qaynadaraq təmizləyin. Qaragavalını 20 dəqiqə müddətində qaynar suda saxlayın. Salatın bütün ərzaqlarını xırda-xırda doğrayın. Əvvəlcə boşqaba çuğunduru yayın. Duzlayaraq üzərinə mayonez çəkin. Daha sonra sürtgəcdən keçirilmiş pendir və yerkökünü yararaq duzlayın. 4-cü qata doğranmış qaragavalı və sürtgəcdən keçirilmiş yumurta səpərək üzərinə mayonez çəkin. Salatın son qatına isə toyuq filesi səpin, duzlayıb mayonezləyərək 12 saat müddətinə soyuducuya qoyun. Nuş olsun!

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir