Çinin Uxan şəhərində koronavirusa yolxmuş halda dünyaya gələn körpə 17 gün xəstəxanada saxlanılıb və müvafiq dərman müalicəsi aparılmadan sağalıb.
1Arada.az xəbər verir ki, Syao Syao adlı körpənin valideynlərindən biri yeni koronavirus COVID-19-a yoluxubmuş.
Uşaq dünyaya gələn andan respirator infeksiya və qismən ürək çatışmazlığı ilə mübarizə aparmalı olub. İnfeksiyanın ağırlaşmaları müşahidə olunmadığı üçün həkimlər ona müvafiq dərmanları verməməyi qərara alıblar. Hərçənd körpədə yüksək hərarət və öskürək olub.
17 günün tamamında körpədə koronavirusa görə aparılmış test mənfi nəticə göstərib və qızcığazın möcüzə nəticəsində sağaldığı məlum olub. Day.az