Bir çoxları mobil prosessor deyəndə sözün nədən getdiyini səhv anlayır.
Mobil industriyada bir neçə CPU çipmeykerlər var. Bunların sırasına əlbəttə ki, dünyada hegemon prosessor istehsalçıları olan intel və AMD adları əlavə olunmur.
Ən öndə gedən mobil Çip meyker şirkətlər əlbəttə ki, Apple və Qualkomdur. Bundan başqa dünya bazarında digər şirkətlər də var. Məsələn: Cənubi Koreyanın Samsung, Çinin Huawei və Mediatek şirkətlərinin adını çəkmək olar. Dünya mobil cihazlar bazarında Samsung özünün Exynos, Huawei Kirin, Mediatek isə bir çox müxtəlif konfiqurasiyalı mobil prosessorları ilə fəaliyyət göstərir.
Prosessor nədir?
İstənilən digital məhsulların bütün komponentləri ilə əlaqəçi rolunu həmin cihazın ürəyi olan prosessor, yəni CPU həyata keçirir. CPU isə öz növbəsində kiçik ölçülərə malik olmasına baxmayaraq çox mürəkkəb quruluş strukturuna malikdir. Burada bir neçə nüvə var. Bura yüksək enerji sərfiyyatlı, aşağı enerji sərfiyyatlı, qrafik hesablamalar aparmaq üçün nəzərdə tutulmuş nüvələr aiddir.