Miqren xəstələrinin nəzərinə! Banan baş ağrısını tətikləyir
Maraqlı Məlumatlar

Miqren xəstələrinin nəzərinə! Banan baş ağrısını tətikləyir

Bananın sağlamlıq üçün faydalı meyvə olduğu məlumdur. Amma onun faydalarından yararlanmaq üçün həddən artıq çox yemək əksinə orqanzimə daha da zərər verəcək. Bananı həddən artıq çox yemək, miqren, yuxululuq və s. bir çox problemlərə yol açır.

1Arada.az xəbər verir ki, tərkibində kalium elementi olan bu meyvə yüksək qan təzyiqi xəstələri üçün çox uyğundur.

Həmçinin də banan qanazlığı zamanı tətbiq edilən  B6 vitamini ilə də zəngindir. Onun cəmi 100 qr –nın tərkibində günlük B6 vitamininin 30 faizi mövcuddur. Banan maqnezium, marqanes, C vitamini və beta – karotinlər və antioksidantlarla də zəngindir.

Lakin buna baxmayaraq dietoloqlar bu meyvədən həddən artıq istifadə etməyi məsləhət görmürlər. Alimlərin fikrincə hər bir insan gündə 3 orta ölçülü banan yeyə bilər. Bundan artığı orqanizmdə kaliumun midarının artmasına səbəb olur.  

Qeyd edək ki, bu elementin orqanizmdə çox toplanması onun çatışmamasından daha təhlükəlidir.  Həmçinin də bananın tərkibində olan beta-karotin maddəsi də böyük dozalarda ağciyər xərçənginə gətirib çıxarır.

Bundan əlavə banandan həddən artıq çox istifadə etmək miqreni də tətikləyir. Alimlərin sözlərinə görə bu meyvə baş ağrısı meydana gətirən meyvələr siyahısındadır. Səbəbi isə tərkibində çox miqdarda feniletilamin və tiraminin olmasıdır. Məhz bu maddələr miqren tutmaları meydana çıxarır.  

Başqa bir təhlükə də bananın tərkibində olan  triptofan amin turşusundan irəli gəlir. Bu maddə xoşbətlik hormonu olan seratoninin sintezini təmin edir. Məhz tərkibində olan triptofan maddəsi səbəbindən banan stress və depressiya əleyhinə də yaxşı vasitəsi sayılır. Amma bu amin turşusu həm də yuxusuzluqla mübarizədə də tətbiq edilir. Buna görə də çox banan yeyən insanlar daimi olaraq yuxulu vəziyyətdə olurlar.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir