Millimiz Lixtenşteynə qalib gəldi
İdman

Millimiz Lixtenşteynə qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

1Arada.az xəbər verir ki, Milan Obradoviçin komandası Sumqayıtda Lixtenşteyn yığmasını qəbul edib. Görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk turunda səfərdə bu rəqibinə eyni hesabla uduzan millimiz məğlubiyyətin əvəzini çıxıb.

Qeyd edək ki, Lixtenşteyn yığması qrupda keçirdiyi digər üç oyunun hamısında uduzub. Komandamızın yeganə qələbəsi isə Slovakiya ilə görüşdə olub.

14 noyabr

Avro-2021-in seçmə mərhələsi

2-ci qrup

18:00. Azərbaycan – Lixtenşteyn – 1:0
Qol: Barış Ekincier, 65
Baş hakim: Lukas Sotirius (Kipr).
Sumqayıt. “Sumqayıt Arena” ( Offsideplus.az )

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir