Milli istehsalımız olan yeni kompüter oyunu gəlir
Hər Şeydən Bir Az

Milli istehsalımız olan yeni kompüter oyunu gəlir

1Arada.az xəbər verir ki, “Bad button studio” 2019-cu ilin aprel ayında 20 nəfərlik komanda şəklində qurulub. “Bad Button studio” bir oyun qurma studiyasıdır və oyun sferasında öz sözünu demiş komanda iştirakçıları ilə Azərbaycanı oyun sektorunda dünya bazarına çıxartmaq məqsədindədir.

“Bad button studio” 2 dostun təşəbbüsü ilə yaradılıb. Hazırda komanda qlobal bazar üçün “King and Kingdoms” ve “Upman” adlı oyunlar üzərində çalışır.

Studiyanın əsas layihəsi olan “King and Kingdoms”da Səfəvi, Osmanlı, Roma ve onlarla bu kimi böyük imperiyalar yer alacaq. Strategiya oyun həvəskarları üçün maraqlı və bir o qədər də rəqabətcil olan “King and Kingdoms” oyunu bu sektorda qarşısında çox ciddi hədəflər qoyub. Özünüzdəki ilin ortlarında tamamlanmış olacaq oyun üçün komanda rəhbərləri tam əmin marketinq strategiyası planlaşdırıblar. 

Artıq “Bad Button Studio” “Facebook” və “İnstagram” kimi sosial şəbəkələrdə öz auditoriyasını cəlb etməyi bacarıb. İnanırıq ki, 2020-ci ildən Azərbaycanın da adı Qlobal oyun industriyasında ön sıralarda hallanacaq. 


1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir