Mikrodalğalı sobaya sabun qoymayın – Səbəbi
Maraqlı Məlumatlar

Mikrodalğalı sobaya sabun qoymayın – Səbəbi

Eksperiment sevənlər mikrodalğalı sobaya cürbəcür əşyalar və maddələr qoyaraq olarla nə baş verdiyini müşahidə edirlər. Onlar qəti şəkildə mikrodalğalı sobaya az miqdarda olsa belə sabun qoymağı məsləhət görmürlər. Əks halda siz bütün sobanı köpükdən və hissdən uzun müddət təmizləməli olacaqsınız.


1Arada.az bildirir ki, sabun – yağ turşularının natrium və kalium duzlarından ibarətdir.  Yağ turşuları qızdırıldıqda “azadlıq sevən” natrium və kalium ionlarını özünə birləşik saxlamaqda  çətinlik çəkir. Bundan əlavə, sabunun tərkibində az miqdarda su da mövcuddur. Nəticədə, molekullar parçalanır, mikrodalğalı sobanın elektromaqnit dalğalarının təsiri ilə sabunun tərkibində olan maddələr qızaraq yanır. Bu zaman külli miqdarda köpük və hiss əmələ gəlir ki, sobanın bütün içini tutur və qapısı açıldıqda çölə daşır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir