Maskalar koronavirusun qarşısını nə qədər alır - Alimlər araşdırdı
Tibbi Xəbərlər

Maskalar koronavirusun qarşısını nə qədər alır? – Alimlər araşdırdı

Paytaxtda qapalı yerlərdə və nəqliyyatda insanları koronavirus infeksiyasından qorumaq üçün fərdi qoruyucu vasitələrin məcburi istifadə edilməsi rejimi qoyulub.

1Arada.az xəbər verir ki, Almaniyadan olan bir qrup alim maskaların infeksiyanın yayılmasının qarşısını 40% ala biləcəyini iddia edib. Nəticələr praktikada sübut edilib: Jena şəhəri belə bir tələb irəli sürənlərdən biri olub və 20 gündən sonra yeni yoluxmaların sayı dörddə bir azalıb, sonra demək olar ki, sıfıra enib. Bununla belə, maska rejiminin bir az gec tətbiq olunduğu şəhərlərdə infeksiya yayılmağa davam edib.

Tədqiqatçılar böyük şəhərlərdə maskaların təsirinin daha da nəzərəçarpan olduğunu vurğulayıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir