Marşrut Avtobuslarının Fəaliyyəti Dayandırılacaq – RƏSMİ
Hər Şeydən Bir Az

Marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq – RƏSMİ

Bu gün Nəqliyyatın İdarəetmə Mərkəzi xəritə üzərində işləyir. Qurumlardan aldığımız məlumatlar əsasında avtobusları xəritə üzərində yerləşdirmişik. 

1Arada.az Oxu24.com-a istinadən  xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimov deyib.

“Əgər vətəndaşlar qaydalara riayət etməsə, biz müntəzəm marşrut xətlərinin hərəkətini dayandıracağıq. Həmçinin qəsəbələr ətrafı və şəhər ətrafı müntəzəm marşurut xətləri ləğv ediləcək. Bu halda o xətlər müntəzəm marşurut xətləri ilə əvəz ediləcək. O xətlər qəsəbələrdən əhalini metrostansiyalara daşıyacaq. Biz əhalidən məsafə qorunması barədə tələblər etsək də, əməl etmirlər. Sürücülərdən və ya nəqliyyat əməkdaşlarından kimsə virusa yoluxsa, biz qarajın fəaliyyətini dayandırmalı olacağıq. Bu isə arzuolunmaz haldır. Bununla bağlı operativ qərargaha müraciət edilib”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir