Gözəllik və Dəb Qadın Uşaq Kişi

Manikurun uzun müddət qalması üçün bunları edin

Baxımlı və gözəl dırnaqlar hər bir xanıma yaraşıq verir. Lakin gözəl və səliqəli dırnaqların ərsəyə gəlməsi üçün çox müddət və əziyyətin tələb olunduğu da sirr deyil. Buna görə də qadınları maraqlandıran məqamlardan biri də dırnaqlardakı boyanın mümkün qədər uzun müddət zədələnmədən saxlanlımasıdır. Müasir zamanda gözəllik salonlarında şellak və gellak vasitəsilə çəkilən dırnaq boyaları 1 həftədən 1 aya qədər qalır. Amma bu çox vaxtaparan və bahalı bir prosedur olduğu üçün qadınların heç də hamısı bu prosedura üstünlük vermirlər.

1arada.az sizə bu dəfə ev şəraitində dırnaq boyasının uzun müddət saxlamağın yollarını açıqlayacaq:

1. Dırnaqları boyamaq üçün hazırlayın

Dırnaqlar tam quru olmalıdırlar. Onlar azacıq belə nəm olsalar boya yaxşı qurumayacaq.  Dırnağın üst səthi də düz və təmiz olmalıdır. Yaxşı olar ki, dırnaqlarınıza boya çəkməzdən əvvəl əllərinizi sabunlayıb yuyaraq onları yağdan təmizləyəsiniz.

2. Boya təbəqəsini düzgün çəkin

Bu prosedur 4 mərhələdən ibarətdir. Birinci mərhələdə dırnaqlara baza səthi çəkilir. Bu vasitə xüsusi olaraq dırnaq boyasının altından çəkilərək onu qorumaqla yanaşı həm də dırnaqlarda uzun müddət qalmasına kömək edir. Bazanı çəkdikdən sonra onun tamamilə qorumasını gözləyin. Daha sonra boyanın birinci qatını dırnağa çəkin.Yaxşı olar ki, dırnaqlarınızı çeçələ barmağınızdan boyamağa başlayasınız. Fırçanı isə dırnağa 3 hərəkətlə çəkmək lazımdır: əvvəlcə dırnağın ortasına daha sonra isə kənarlarına boya çəkin. Bu qatı da yaxşıca qurutmaq tələb olunur. Üçüncü mərhələdə isə dırnaqlar boyanın ikinci qatını şəkin. Bu rəngin daha dolğun görünməsinə və boyanın bərabər yayılmasına səbəb olacaq. Boyanın 2-ci qatı quruduqdan sonra dırnaqlara yenidən şəffaf qoruyucu təbəqə çəkin. Bu boyanı fiksə edərək onun tez qopmasının qarşını alacaqdır.

3. Boyanı düzgün istifadə edin

Açmazdan əvvəl boya qabını çalxalamayın. Belə olduqda onun içərisində qabarçıqlar yaranır ki, bu da boyanın dırnaqlara yaxşı yapışmasını əngəlləyir. Yaxşı olardı ki istifadədən əvvəl boya qabını ovuclarınızda qızdarasınız.

4. Boyanı necə qurutmalı?

Əgər boyanın tez qurumasını istəyirsinizsə, o zaman saç fenindən qətiyyən istifadə etməyin. Bu zaman boya qızır və nəticədə dırnaqdan  tez qopur. Boyanı qurutmağın bir neçə üsulu var. Bunlardan ən effektlisi boyanmış dırnaqlarınızı 30 saniyə müddətində soyuq suyun altında saxlamaqdır. Amma ən yaxşısı onları üfürərək qurutmaq və ya özbaşına qurumasını gözləməkdir.

5. Əllərinizə daimi qulluq edin

Yaxşı olar ki, ev işləri gördükdə, əsasən də kimyəvi vasitələrlə işlədikdə əlcəkdən istifadə edəsiniz.  Dırnaqlarınızı gəmirməyin, onları həmişə təmiz saxlayın. Gecə yatmazdan əvvəl əllərinizi vanna edin, krem çəkin.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir