Bir çoxlarının sevimli və eyni zamanda da faydalı şirniyyat olan tum halvasını evdə özünüz də hazıryala bilərsiniz.
1Arada.az sizə ən dadlı halva reseptini təqdim edir
Ərzaqlar:
2 stakan təmizlənmiş günəbaxan tumu
1,5 stəkan un
1 stəkan şəkər tozu
0,5 stəkan su
150 ml günəbaxan yağı
Hazırlanması:
Günəbaxan tumunu qovurub qabığlarından təmizləyərək ətçəkən maşından keçirin. Unu qızılı rəng alana qədər qovurun. Hər iki inqrediyenti qarışdırın.
Ayrıca qabda soyuq suya şəkər tozu əlavə edərək qaynama müddətindən etibarən 10 dəqiqə qaynadın. Sirop hazır olan kimi yağ ilə birlikdə qarışığa əlavə edərək mikserlə qarışdırın. Bircinsli kütlə alındıqdan sonra onu qida plyonkasına bükərək forma verin və 3 saatlığa soyuducuya qoyun.
Nuş olsun!