Mətbəx mebelini yağlı ərpdən təmizləməyin ən asan yolu - Resept
Gözəl Evim Hər Şeydən Bir Az

Mətbəx mebelini yağlı ərpdən təmizləməyin ən asan yolu – Reseptlər

Hər bir xanım mətbəx mebelinin təmiz və parlaq olmasını istəyər. Amma təəssüflər olsun ki, yemək bişirən zaman yağ damcıları mebelin üzərinə sıçrayır. Su buxarı və toz da bu damcılara yapışaraq mebel səthinin üzərində çətin təmizlənən təbəqə yaradır. Mağazalarda bu cür yağ ləkələrini təmizlyən bir çox vasitələr satılır. Ancaq onların demək olar ki, hamısının təkibi kimyəvi maddələrdən ibarətdir. Bu isə sağlamlığa ciddi zərər bura bilər.

1Arada.az sizə evdə hazırlaya biləcəyiniz təhlükəsiz və güclü yağ əridici təsirə malik təmizləmə vasitələrinin hazırlamaq üsulunu təqdim edir:

.Resept 1

Bu resept istənilən səth üçün yararlıdır. Onun tərkibində olan bitki yağı səth tərəfindən mənimsənilərək cızıqları və çatları örtərək qoruyucu təbəqə əmələ gətirir.

  1. Bərabər miqdarda bitki yağı ilə sodanı qarışdırın.
  2. Onu çirklənmiş səthə sürtün.
  3. Səthin üzərində 30 dəqiqə saxlayın, daha sonra əmələ gələn yağ qalıqlarını yumşaq əski ilə təmizləyin.
  4. Əgər birinci dəfədən ləkələr tam təmizlənməzsə o zaman təkrarlayın.

Resept 2

  1. Qabartma tozunu suda isladın
  2. Əmələ gələn sıyığabənzər kütləni yağ ləkələrinin üzərinə çəkin.
  3. 30 dəqiqə saxladıqdan sonra təmiz su ilə yuyun.

Resept 3

  1. 15 qr limon turşusunu və 2 damcı yuyucu vasitəni 1 litr suda həll edin .
  2. Yumşaq əskini həmin məhlulda isladaraq mebelin səhtini silin.
  3. 30 dəqiqə saxlayın, daha sonra isti su ilə yuyun.
1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir