Mətbəxə daxil olan ədviyyatlar...
Redaktorun Seçimi Xalq Təbabəti Xəstəliklər

Mətbəxə daxil olan ədviyyatlar…

Bir çox ölkələrin o cümlədən də, Azərbaycan mətbəxində özünəməxsus yeri olan  sarıkök yeməklərə gözəl dad və rəng verir.

Güclü təsirə malik sarıkökdən min illər boyu müalicə məqsədilə istifadə edilib. Sarıkök Çin, Yaponiya daxil olmaqla bütün Şərq təbabətinin ayrılmaz hissəsidir. Sarıkökdən Şərq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Sarıkökdən qripdən tutmuş onkoloji xəstəliklərin müalicəsinə qədər istifadə edilir.


1Arada.az immunitet.az-a istinadən bildirir ki, sarıkökün orqanizmə aşağıdakı faydaları var:

  • Sarıkök orqanizmi cavanlaşdırır.
  • Sarıkök güclü antiseptikantioksidant təsirə malikdir.
  • Sarıkökün tərkibi vitaminlər və minerallarla zəngindir.
  • Sarıkök aşağıdakı xəstəliklərin müalicəsini nəzarət altına alır və əlamətlərini azaldır
  • Şəkərli diabeti nəzarət altında saxlayır
  • Yaraların sağalmasına yardım edir
  • Ağrıları yüngülləşdirir
  • Dərini gözəlləşdirir
  • Alsheymer xəstəliyinin əmələ gəlməsinin qarşısını alır
  • Ürəyin əzələsini möhkəmləndirir
  • Artrit əlamətlərini yüngülləşdirir
  • Həzmi sürətləndirir
  • Qara ciyəri təmizləyir
  • Xərçəng hüceyrələrinə qarşı mübarizə aparır
  • Dəridə piqmentasiya əlamətlərinin əmələ glməsinin qarşısını alır
  • Əhval-ruhiyəni yüksəldir

Lakin bundan əlavə sarıkök çox effektli təbii müalicəvi vasitədir.

Sarıkök qədim vaxtlardan təbabətdə müxtəlif xəstəliklər və pozulmalar zamanı geniş istifadə olunub.

Sarıkök çox effektli şəkildə orqanizmi şlaklar, toksinlər, azad radikallar və digər ziyanlı maddələrdən təmizləyir.

Sarıkökün daim istifadəsi orqanizmi cavanlaşdırır, xərçəng xəstəliklərin inkişafından qoruyur.

Sarıkökün çox güclü antibakterialantiseptik xüsusiyyətləri var. Sarıkökü hətta “təbii antibiotik” adlandırırlar. Soyuqdəymə, zökəm zamanı sarıkökün 1/2 çay qaşığını 1 stəkan qaynar suda dəmləyin, 1 çay qaşığı bal əlavə edin və için. Bu vasitə iltihabı azaldır, orqanizmi isindirir, intoksikasiya ilə mübarizə aparır.

Boğaz ağrısı, angina zamanı boğazınızı sarıkökün dəmləməsi ilə yaxalayın (1 çay qaşığı sarıkök + 1 stəkan qaynar su). Bu vasitə boğaz ağrısını və iltihabı azaldır, mikroblarla mübarizə aparır.

Damaqlar iltihabı, stomatit zamanı ağız boşluğunuzu sarıkökün dəmləməsi ilə yaxalayın. Bu ilthabın azalmasına kömək edir.

Sarıkök mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Bizim həzm sistemimizə hər gün müxtəlif ziyanlı maddələr düşür və burada yığılır. Qana sovrularaq bu maddələr orqanizmi zəhərləyir, müxtəlif xəstəliklərin inkişafına təkan verir, orqanizmdə qocalma prosesləri sürətləndirir. Sarıkök bu ziyanlı maddələri yox edir.

Bundan əlavə sarıkök mədə-bağırsaq sistemində olan iltihabla mübarizə aparır.

Sarıkök köpdən əziyyət çəkən insanlara da yaxşı kömək edə bilər.

Sarıkök güclü ödqovucudur. Bu səbəbdən öd daşı xəstəliyi olan insanlara bu ədviyyatdan süi-istifadə etməməlidir.

Sarıkök qara ciyər üçün də çox xeyirlidir – qara ciyəri təmizləyir, onun fəaliyyətinə müsbət təsir edir.

Sarıkök orqanizmdə gedən mübadilə proseslərinə də çox müsbət təsir edir, qanda şəkərin səviyyəsinin normada saxlamağa kömək edir.

Sarıkök qanı təmizləyir, qanın tərkibini yaxşılaşdırır. Anemiyadan əziyyət çəkən insanlar balla sarıkökün dəmləməsindən istifadə edə bilərlər.

Sübut olunub ki, sarıkök beyinin fəaliyyətinə çox müsbət təsir edir, yaddaşı və təfəkkürü yaxşılaşdırır.

Artrit zamanı da sarıkök çox effektli müalicəvi təsir edir.

Müxtəlif xəstəliklərin və pozulmların profilaktikası üçün qidalara və şirniyyatlara tez-tez sarıkök əlavə edin.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir