Rusiyanın Xalq artisti Leonid Yakuboviç əməliyyat olunması barədə yayılan xəbərləri yalanlayıb.
1Arada.az-ın məlumatına görə, 74 yaşlı sənətçi “Gazeta.ru”ya açıqlamasında yazılanların həqiqəti əks etdirmədiyini bildirib.
“Yaza bilərsiniz ki, məni xərəkdə reanimasiyadan tennisə gətiriblər. Mən indi oynayacağam, iki saatdan sonra isə xərəkdə reanimasiyaya qaytaracaqlar”, – Yakuboviç deyib və dəstəyi asıb.
Qeyd edək ki, Xalq artistinin əməliyyat olunması xəbərini Rusiyanın “REN TV” telekanalı yayıb.
***
Rusiyanın məşhur teleaparıcısı və aktyoru Leonid Yakuboviç ürəyindəki ağrılar səbəbindən xəstəxanaya müraciət edib.
1Arada.az Ren.tv-yə istinadən bildirir ki, o ürəyindəm əməliyyat olunub.
Xəbərə görə, «Поле чудес» şousunun aparıcısının ürəyinə kardiostimulyator quraşdırılıb və o bir gündən sonra evə buraxılıb. İndi şoumen ambulator müalicə altındadır.