Mədə reflüksu yanma hissi və ağrı ilə müşayət edilir. Ağrı bir qayda olaraq sinədə yaranır və davamlı olaraq təkrarlanır. Bunun səbəbi qida borusunda olan klapanın düzgün işləməməsi nəticəsində mədə şirəsinin mədədən qida borusuna düşməsidir. Xəstəliyin qarşısını pəhriz vasitəsilə nisbətən almaq mümkündür. Bunun üçün bəzi qidalardan tamamilə imtina edilərək rasiondan çıxarılmalıdır.
1Arada.az həmin ərzaqların siyahısını təqdim edir:
Alkoqol

Əgər ondan tamam imtina edə bilmirsinizsə o zaman miqdarını azaldın.
Kofein

Kofein və energetik içkilər həzm sisteminin vəziyyətini ağırlaşdıraraq onun iltihablaşmasına gətirib çıxarır.
Şəkər və şəkər əvəzləyiciləri

Bu ərzaqlar da həzm traktının iltihabına səbəb olur.
İşlənmiş qidalar

Kartofdan, qarğdalıdan hazırlanan bütün hazır qadalar rasiondan çıxarılmalıdır.
Pomidor və soğan

Bu tərəvəzlər nə qədər faydalı olsalar da, onlar reflüksun əlamətlərini artırır.
Şokolad

Şokoladın tərkibində kofein, şəkər və yağ kimi qidalar reflüksu tətiklədiyi üçün ondan imtina edilməlidir.
Nanə və nanə cövhəri

Bəzin insanlar nanənin sərinləşdirici effektinin reflüksa kömək olduğunu düşünsələr də yanılırlar.