Lor həkimdən açıqlama Burun tıxanıqlığı immuniteti zəiflədir
Həkimlər Müsahibələr Redaktorun Seçimi

Lor həkimdən açıqlama: Burun tıxanıqlığı immuniteti zəiflədir

Payız mövsümünün gəlməsi ilə əlaqədar havalar dəyişkən keçir. Səhər hava rütubətli və soyuq olsa da günortaya doğru havanın  temperaturu qalxır, axşama doğru isə yenidən aşağı enir. Küləkli, yağışlı günlər müşahidə edilsə də günəşli günlərin sayı çoxluq təşkil edir.  Bu səbəbdən də məhz bu ərəfələrdə insanlar arasında lor xəstəliklərinin də sayı artır. Təsadüfi deyil ki, burnundan axıntı gələn və ya sadəcə olaraq nəfəs almaqda çətinlik çəkən insanlara ətradfda tez-tez rast gəlmək mümkündür.

Bəs görəsən havaların bu cür  dəyişkən keçməsi insanların səhhətində hansı problemlərə səbəb olur? Hər hansı bir lor yəni burun boğaz qulaq xəstəliklərindən əziyyət çəkən insanlar dəyişkən havalarda nələrə diqqət yetirməlidirlər? Uşaqların tez-tez virus xəstəliklərinə yoluxmaması üçün nələr etmək lazımdır?

1Arada.az-ın suallarını lor cərrah İsmayıl İsmayılıov cavablandırıb:

“ Viruslar isti və rütubətli havalarda daha aktiv olurlar”

Payız mövsümü xəstəliklərin üzə çıxdığı dövrdür. Bu  havadakı nəmliyin səviyyəsi tez-tez dəyişir, hava soyuyur. Bu amillərin hər birinin orqanizmə birbaşa təsiri var. Bu dövrdə əsasən də infeksion xəstəliklərə daha tez-tez rast gəlinir. Bunun bir çox səbəbləri var. Birincisi odur ki, çox vaxt infeksiya virus mənşəli olur. Viruslar isə belə havalarda daha aktiv olurlar. İkinci səbəb isə  orqanizmin infeksiyaya qarşı olan müqavimətinin zəif olmasıdır. Həmçinin də lor orqanların xroniki potologiyalarının da orqanizmin ümumi vəziyyətinə çox ciddi təsiri var. Yəni xroniki burun, boğaz və qulaq xəstəliklərindən əziyyət çəkən insanlar sağlam insanlara nisbətən virus infeksiyalarına daha tez-tez yoluxurlar. Bunun səbəbi isə bu cür insanların immunitetlərinin aşağı olmasıdır. Məsələn bir insan tutaq ki, xəstə deyil. Amma burunda yerləşən balıqqulaqlarında problem var. Bu səbəbdən də normal nəfəs ala bilmir. Belə şəxslər infeksiyaya yoluxarkən onların xəstəlikləri də normal insanlara nisbətən ağır və uzun keçir. Həm də nəfəs almaqda çətinlik çəkən şəxslər infeksion xəstəliklərə tez-tez yoluxurlar. Səbəbi isə orqanizmə kifayət qədər oksigenin daxil olmamasıdır. Bu bütün orqanizmə o cümlədən də immun sistemə mənfi təsir göstərir. Qaymarit, sinusit, yuxarı və aşağı nəfəs yollarının iltihabi xəstəlikləri nəfəs almaqda çətinlik çəkən insanlarda daha tez-tez yaranır və sağalması da uzun müddət çəkir. Bu halı yaşamamaq üçün insan ilk növbədə mövcud xroniki xəstəliyi aradan qaldrmalıdır. Yəni çəpər əyriliyi düzəldilməlidir, xroniki tonzillit, burundakı adenoidlər və poliplər aradan qaldırılmalıdır. Xroniki tonzillit zamanı iltihablı badamcıqlar orqanizm üçün xroniki intoksikasiya mənbəyinə çevrilir. Belə halda badamcıqlar əməliyyatla götürülməlidir. Bir sözlə xroniki lor xəstəlikləri orqanizmə ümumi olaraq pis təsir göstərir. Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq insanların infeksion xəstəliklərə yoluxmalarının əsas səbəblərindən ən başlıcası da xroniki lor xəstəlikləridir.

” Əsəblərin sakitliyi immun sisteminin güclənməsinə yaxşı təsir göstərir “

Viruş mənşəli xəstəliklərdən qorunmaq üçün birinci növbədə insan insanların çox olduğu yerlərdən uzaq durmalıdır. Bundan başqa immun sistemini gücləndirmək lazımdır. Bunun üçün idmanla məşğul olmaq, təmiz havada çox vaxt keçirmək, sağlam qidalanmaq tələb olunur. Həm də sinir sisteminin vəziyyətinin də immunitetə birbaşa əlaqəsi var. Belə ki, əsəblərin sakitliyi immun sisteminin güclənməsinə yaxşı təsir göstərir. Həmçinin də lor patalogiyalar da aradan qaldrılmalıdır. Çünki orqanizmə lazımi miqdarda oksigenin  daxil olmaması immunitetin zəifləməsinə gətirib çıxarır.

Elə insanlar da var ki, havalar bir balaca soyuyan kimi onlar qapı pəncərəni bərk bağlayaraq evə hava girməsinin qarşısını alır, istilik sistemini qoşur və təmiz havaya çıxmırlar. Bu tamamilə yalnış hərəkətdir. Çünki, insan özünü və əsasən də uşaqları  nə qədər çox qoruyarsa, orqanizmin müqaviməti bir o qədər aşağı düşər. Nəticədə də onlar infeksion xəstəliklərə daha tez-tez yoluxurlar.

İnsan  orqanizmini qoruyan immun sistemi uşaq anadan olduqda yox dərəcəsində olur. Sonradan necə ki, uşağın təfəkkürü və qavraması inkişaf edir, eləcə də onun immun sistemi formalaşmağa başlayır. Uşaq anadan olduqda onun immun sistemi sanki ağ bir kağızdır. Həmin ağ kağıza da infeksion xəstəliklərlə nə isə yazmaq mümkündür. Necə ki, uşaq anadan olduqda yazıb oxuya bilmir və bu qabiliyyətə tədricən yiyələnir eləcə də immun sistemi də yavaş –yavaş inkişaf etdirilməlidir. Bu isə uşağın valideynlərinin əlindədir. Qaydalara düzgün riayət edilərsə gələcəkdə sağlam və güclü immunitetə malik bir insan yetişdirmək heç də çətin deyil. İmmunitetin güclü olması üçün orqanizm mütləq infeksion xəstəiklərlə tanış olmalıdır. Nəticədə uşağın immun sistemi həmin viruslara qarşı dözümlu olacaqdır.

Dünyada ən çox allergiyadan əziyyət çəkən insanlar Avropa ölkələrinin sakinləridir. Səbəbi isə burda sterilliyin həddən artıq olmasıdır. Bu isə orqanizmi zəiflədərək viruslara qarşı dözümsüz edir.  

Bəzən elə olur ki, hava bir balaca dəyişən kimi analar uşaqları qalın geyindirir, başlarına isti papaq qoyurlar. Hətta onları küçəyə çıxarmaqdan qorxur və bağçaya və ya məktəbə göndərmirlər. Uşağın xəstələnməyi normaldır və bu olmalıdır. Çünki onun immun sistemi hələ formalaşmayıb. Buna görə də, mikroblarla tanış olmalıdır. Burda qorxulu heç nə yoxdur. Analar yaxşı olardı ki, uşaqlarını havaya uyğun geyindirsinlər. Qalın geyindirdikdə uşaq daha da tərləyir bu isə əksinə pis təsir edir. Hava soyuyan kimi otağın havasını çox isti edirlər ki, uşağa soyuq olmasın. Bu çox yalnışdır. Otqağın temperaturunu 22-23 dərəcədən yuxarı qaldırmaq olmaz. Bu cür temperaturda immun sistemi daha aktiv olur və normal inkişaf edir.  Buna görə də uşağın sağlam böyüməsi üçün onu mikroblardan və soyuqdan qorumaq yox əksinə onlara öyrəşdirmək lazımdır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir