Külək Bakıda ciddi FƏSADLAR TÖRƏTDİ - FOTO
Hər Şeydən Bir Az

Külək Bakıda ciddi FƏSADLAR TÖRƏTDİ – FOTO

Ötən gecədən müşahidə edilən güclü külək paytaxt Bakıda və bəzi regionlarda elektrik enerji təsərüffatına ciddi ziyan vurub və nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

1Arada.az-a ASC-dən verilən məlumata görə, 2-ci Zabrat qəsəbəsində Maştağa yoluna çıxan xəttin üzərinə ağac aşaraq 0,4 kV-luq ÖİN kabel xətlərini zədələyib. Ən çox ziyan Şimal RETSİ-nin ərazisində qeydə alınıb. Külək Quba, Qusar və Xaçmaz rayonlarında elektrik xətlərinə ciddi ziyan vurub. Bir neçə ərazidə ağaclar elektrik xətlərinin üzərinə aşıb. Quba şəhərində külək 5 mərtəbəli binanın damını elektrik xəttinin üzərinə aşırıb. Qəza baş verən ərazilərə əlavə mal-materal göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar.

“Azərişıq” ASC abonentlərindən xahiş edir ki, baş verən qəza və açılmalarla bağlı dərhal “Azərişıq” ASC-nin 199 saylı çağrı mərkəzinə məlumat versinlər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir