Kosmosda həyat üçün Yer kürəsindən daha əlverişli planetlər tapılıb
Hər Şeydən Bir Az Redaktorun Seçimi

Kosmosda həyat üçün Yer kürəsindən daha əlverişli planetlər tapılıb

Kosmosda həyat üçün Yer kürəsindən daha əlverişli planetlər var. ABŞ və Almaniya astrobioloqları apardıqları uzun araşdırmalardan sonra bu nəticəyə gəliblər.

1Arada.az xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, tədqiqatın nəticələri “Astrobiology jurnalı”nda dərc edilib.

Alimlər 4500 ekzoplanetin istilik, rütubət və ətraf mühitin digər amilləri haqqında məlumatları toplayıblar. Bunlardan Yer kürəsindən daha yaşlı, böyük, isti və nəm olan 24 planeti seçiblər.

Müəlliflərin fikrincə, bu cür planetlərdə həyatın Yer üzündə olduğundan daha yüksək formalarda inkişafı üçün fürsəti olub.

Bu 24 planetin hamısı Yerdən yüz işıq ilindən uzaq məsafədə yerləşir.

Gələcəkdə onların NASA-nın “James Webb” və “LUVIOR”, eləcə də Avropa Kosmik Agentliyinin “PLATO” kosmik teleskopları ilə araşdırılacağı gözlənilir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir