Koronavirusun yeni təhlükəli xüsusiyyəti məlum oldu
Xəstəliklər

Koronavirusun yeni təhlükəli xüsusiyyəti məlum oldu

Şri-Lanka Milli Xəstəxanasının həkimləri SARS-CoV-2 koronavirusunun endokrin pozuntulara səbəb ola və bu cür problemləri olan xəstələrin vəziyyətini pisləşdirə biləcəyini müəyyən ediblər.

1Arada.az “EurekAlert”-ə istinadən məlumat verir ki, mütəxəssislər 2003-cü ildə atipik pnevmoniyanın yayılmasına səbəb olan SARS-CoV-1 virusuna yoluxmuş insanların sağlamlıq vəziyyətlərini araşdırıblar. Xəstəlikdən sonra bir çox pasiyentdə yorğunluqla xarakterizə olunan postviral sindrom inkişaf edib. Bu, kifayət qədər kortizol istehsal etməyən adrenal funksiyanın pozulmasına görə ola bilər. Öz növbəsində bunun səbəbi adrenal funksiyanı tənzimləyən hipofizin fəaliyyətinin pozulması ilə bağlı ola bilər. Bir il ərzində xəstələr tamamilə normal vəziyyətə qayıdıblar.

Yeni növ koronavirusun patogen xüsusiyyətləri onun bir çox toxumalarda, o cümlədən endokrin sistemdə aktiv olan insan hüceyrə reseptoru ACE2-yə bağlanması ilə izah olunur. O, hüceyrələri yoluxdurur, hormon istehsalının pozulmasına səbəb olur.

Alimlərin fikrincə, kortizol çatışmazlığını test etmək və steroidlə xəstələri müalicə etmək COVID-19-la mübarizə üçün həyati vacib strategiya ola bilər. Deksametazon steroidi ilə müalicə olunan COVID-19 xəstələrində ölüm hallarının azalması artıq məlumdur.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir