Koronavirusun yayıldığı bölgədən azərbaycanlıları Türkiyə təxliyə edəcək
Tibbi Xəbərlər

Koronavirusun yayıldığı bölgədən azərbaycanlıları Türkiyə təxliyə edəcək

“Türkiyə Çində koronavirusun yayıldığı bölgədə olan Azərbaycan vətəndaşlarını təxliyə edəcək”.

1Arada.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Çində koronavirusun yayıldığı bölgədə 25-ə qədər Türkiyə vətəndaşı, 10-a yaxın Azərbaycan vətəndaşı var. Onlar Türkiyəyə dönmək istəyirlər.

“Tədbirləri nəzərə alın, azərbaycanlı qardaşlarımızı da daxil edin. Karantinə almaq şərtilə bu qardaşlarımızı Türkiyəyə gətirin” dedik. Türkiyə ərazisində hazırda virusla bağlı hər hansı problem yoxdur”, – Prezident əlavə edib. “Report”

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir