Koronavirusu müəyyənləşdirilmək üçün Azərbaycana test gətirilir
Tibbi Xəbərlər

Koronavirusu müəyyənləşdirilmək üçün Azərbaycana test gətirilir

“Hazırda Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə danışıqlar aparır. Koronavirusların aşkar edilməsi üçün lazım olan testlərin yaxın zamanlarda Azərbaycana gətirilməsi nəzərdə tutulur”.
1Arada.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.Onun sözlərinə görə, dəqiq tarix barədə məlumat vermək mümkün deyil:

“ÜST testlərin ölkəyə gətirilməsinə kömək edəcək”.
A.Əliyeva qeyd edib ki, virus növü yeni olduğundan dünyada peyvəndi hazırlanmayıb:

“Yəqin müəyyən müddətdən sonra vaksin hazırlana bilər. Ancaq bu günə infeksiyaya qarşı vaksin yoxdur”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir