Koronavirusla mübarizədə isti hamam nə dərəcədə effektivdir?
Hər Şeydən Bir Az

Koronavirusla mübarizədə isti hamam nə dərəcədə effektivdir?

100 dərəcə istiliyə baxmayaraq, yüksək rütubət şəraitində virus havada və səthlərdə uzun müddət qalır.

1Arada.az-ın Oxu.az-a istinadən məlumatına görə, rusiyalı immunoloq-allerqoloq Vladimir Volodin koronavirusla mübarizədə buxarlı hamamın təsiri haqqında danışarkən bildirib.

“Belə buxarla nəfəsalma infeksiyaya yoluxma ilə nəticələnə bilər”, – deyə o bildirib.

Onun sözlərinə görə, buxar otağında immun sistemini gücləndirmək mümkün deyil. Bununla belə, temperatur fərqləri damar tonusunu yaxşılaşdıra bilər.

Həkim koronavirusun qarşısının alınmasının alternativ üsulları ilə təcrübə aparmamağı məsləhət görüb.

“İnsanın immun sisteminin bu virusa necə reaksiya verəcəyi məlum deyil”, – deyə Volodin bildirib.

İmmunoloq ayrıca cəmiyyətdən təcridolunmanın və xarici dünya ilə əlaqə qurmaqdan imtinanın, xüsusən yaşlı insanlar üçün virusun təsirindən qorunmağın yeganə yolu olduğunu söyləyib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir