Koronavirusa yoluxan azərbaycanlı idmançı öldü - FOTO
Hər Şeydən Bir Az İdman

Koronavirusa yoluxan azərbaycanlı idmançı öldü – FOTO

Fransada yaşayan azərbaycanlı idmançı Zəlimxan İbrahimov koronavirusa yoluxaraq ölüb.

1Arada.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ukraynadakı Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa Məmmədov məlumat yayıb. 
O, koronavirusa yoluxan yaxın dostunun komaya düşərək vəfat etdiyini yazıb:

“Bu gün Parisdə hospitalda dostum, yaxınım Zəlimxan qardaşım koronavirusdan komaya düşərək vəfat etdi. Söz tapa bilmirəm, Allahın qədər-qismətinə üsyan edə bilmərəm, lakin bu cür itki ilə barışmaq çox çətindi! 
Zəlimxan cəsarətli və mərd qardaş idi, xarici xüsusi təyinatlıların təlimlərində ugurlar qazanmış idmançı idi, lakin virus onu bizdən aldı. Yerin Cənnətlik olsun, canım qardaşım!

Allah rəhmət etsin! Özünüzü və yaxınlarınızı qoruyun!”

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir