Koronavirusa qarşı 77 maddə tapıldı
Tibbi Xəbərlər

Koronavirusa qarşı 77 maddə tapıldı

Dünyanın ən sürətli superkompüteri olan “Summit” koronavirusun yayılmasının qarşısını alan 77 kimyəvi maddə tapıb.

1Arada.az xəbər verir ki, bu barədə məlumatı Sputni yayıb.

İddia edilib ki, 8 mindən çox simulyasiya nəticəsində aşkar edilən 77 kimyəvi maddə koronavirusa qarşı peyvənd hazırlanması prosesində əhəmiyyətli rol oynayacaq.

Tədqiqatçılar araşdırmanın təsirli peyvənd yaratmaq üçün perspektivli addım olduğunu bildirərək, onu “ChemRxiv” jurnalında dərc ediblər.

Həmçinin o da bildirilib ki, araşdırma qrupu yeni bir model ilə simulyasiyaları təkrarlayacaqlar. Növbəti addımda isə aşkar edilən kimyəvi maddələrin hansının daha yaxşı nəticə verdiyini bilmək üçün eksperimental tədqiqatlar aparılacaq./Sputnik/

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir