“Koronavirusa Qalib Gəldik” — Daha Bir Ölkədən Şad Xəbər
Hər Şeydən Bir Az

“Koronavirusa qalib gəldik” — Daha bir ölkədən şad xəbər

Biz koronavirusun öhdəsindən gəlmişik və bir həftə sonra qadağaları aradan qaldıracağıq.

1Arada.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Yeni Zellandiyanın dövlət başçısı Jakinda Ardern deyib.

Prezident bildirib ki, işəgötürənlər sosial təcrid qaydalarını yerinə yetirməni təmin edərsə, işçilərin işlərinə qayıtmasına icazə veriləcək. Onun sözlərinə görə, komendat saatı xəstəliyin ötürülməsi zəncirini pozub:

“Son 24 saatda 29 yoluxma təsbit edilib. Son 4 gündə yeni yoluxma sayının azalması prosesin zəiflədiyinə işarədir”.

Qeyd edək ki, dekabrın 19-da sərhədlərini bağlayan bu ölkə martın 26-dan bu yana küçələrə çıxmamaq qadağası tətbiq edir. 1239 yoluxma faktının qeydə alındığı Zellandiyada cəmi 1 nəfər koronavirusdan vəfat edib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir