Koronavirusa görə 7 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib - Rəsmi
Tibbi Xəbərlər

Koronavirusa görə 7 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib – Rəsmi

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri ölkədə koronavirusla bağlı qabaqlayıcı tədbirlərə görə xəstəxanaya yerləşdirilən şəxslərlə bağlı birgə məlumat yayıb.

1Arada.az xəbər verir ki, məlumata əsasən, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 7 nəfər var:
1. Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunub.

3. Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Hərarəti normaldır, heç bir şikayəti yoxdur. Analizləri götürülüb, müayinə olunacaq.

4. Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Hərarəti normaldır, heç bir şikayəti yoxdur.

5. Çinin Şandonq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Heç bir şikayəti yoxdur. Xəstələrlə kontaktı olmayıb.

6. Çinin Zeyiyanq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır, heç bir şikayəti yoxdur. Həkim müayinəsindən keçiriləcək.

7. Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı. Hərarəti normaldır. Həkimlər tərəfindən müayinə olunub, hal-hazırda səhhətində problem yoxdur.

Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir