Koronavirus Rusiyaya da çatdı
Hər Şeydən Bir Az

Koronavirus Rusiyaya da çatdı

Rusiyada koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.

Bu barədə “İnterfaks” virusla mübarizə üzrə operativ qərargaha rəhbərlik edən baş nazirin müavini Tatyana Qolikovaya istinadla xəbər yayıb.

1Arada.az bildirir ki, yoluxanların iki nəfərdir.

Onlardan biri Zabaykalsk diyarında, digəri isə Tümen vilayətindədir. Hər ikisi Çin vətəndaşıdır.

“Rospotrebnadzor” federal qurumunun rəhbəri Anna Popova onların təcrid olunduğunu bəyan edib: “Onların vəziyyəti stabildir, temperatur müşahidə edilməyib”.

Son məlumatlara görə, Çində koronavirus səbəbindən artıq 213 nəfər həyatını itirib. 

ÇXR ilə yanaşı, İtaliya, Yaponiya, Cənubi Koreya, Tailand, ABŞ, Almaniya, Avstraliya, Finlandiya və Fransada da yoluxma halları qeydə alınıb.

2019-nCoV virusu insandan insana ötürülür. İnfeksiyanın əsas əlamətləri arasında qızdırma, halsızlıq və öskürək var. (Oxu.az)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir