Gözəllik və Dəb Xəstəliklər

Kirpik Qaynağı Haqqında Nə Bilirik?

Qadınların gözəllik uğruna qurban etməyəcəyi heç nə yoxdur. Əgər hər hansı bir prosedurun sonunda mütləq gözəl görünmək varsa, o zaman ən təhlükəli prosedurlar belə qadın üçün su içmək qədər asan olur.
Son illər süni kirpiklərin satışa buraxılması tez bir zamanda rəğbət qazandı. Bundan ilhamlanan mütəxəssislər isə kirpik laminasiyası anlayışını gündəmə gətirdilər. Əsas məqama keçməzdən öncə deməliyəm ki, taxma kirpiklər qısa müddətdə sizə gözəl baxışlar qazandırsa da getdikcə gözlərə ağırlıq verir. Onları qopartmaq isə əsl faciədir. Belə ki, yapışdırılan zaman yapışqandan istifadə edildiyi üçün onu qopardanda öz kirpikləriniz də kökündən çıxır. Laminasıya isə bütün bunların birdəfəlik çözümüdür. son illərin dəbinə çevrilən bu prosüdur sayəsində gur kirpikləri indi saçlar kimi qaynaq etdirmək mümkündür.
Kirpik qaynağı iki cür olur, 3-5 kirpiyin dəstə halında qaynağı və süni kirpiklərin tək-tək yapışdırılması vasitəsilə həyata keçirilən qaynaq. Artıq dəstə halında qaynaq çox populyar deyil və tək-tək yapışdırılan kirpiklər daha təbii görünür.
Hər iki proses 1,5-2 saat vaxt alır. Kirpiklərin uzunluğu və həcmini öz istəyinizlə təyin edirsiniz. Onlar xüsusi gel yapışqan vasitəsilə yapışdırılır, bu vasitə isə qara və ya rəngsiz ola bilər. Qaynağı hər 2-3 həftədən bir korreksiya etmək lazımdır. 6 aylıq qaynaq müddətindən sonra isə təbii kirpiklərinizin bərpa olunması üçün mütləq şəkildə fasilə verməlisiniz.
Kirpik qaynağından sonra 2 saat ərzində gözləri yumaq qəti qadağandır. Gözləri ovuşdurmaq, yatarkən üzü üstə yatmaq, göz makiyajından istifadə etmək, kirpikləri burmaq, saunaya getmək, yağlı kremlərdən istifadə etmək, qaynaq olunan kirpiklərin ömrünü qısaldır.
Gəlin indidə kirpik qaynağın müsbət və mənfi tərəflərinə nəzər salaq…
2 saat içində gözəl baxışlara sahib olmaq olur. Bildiyiniz kimi, kirpik baxışları çox dəyişir. Tuşdan istifadə etmək o qədər də lazım olmur. Qaynaq ağrısız həyata keçirilir.
Mənfi cəhətləri isə belədir. Ağır göz makiyajından imtina etmək lazımdır, yağ tərkibli kosmetikalardan istifadə etmək olmaz, linza taxmaq məsləhət deyil. Əgər göz xəstəliklərindən əziyyət çəkirsizsə və gözləriniz həssasdırsa sözügedən proseduru bir dəfəlik unutmalısınız. Hər 2-3 həftəfən bir korreksiya etməlisiz.
Bax belə biz sizə hər iki variantı təqdim etdik. Seçim təbii ki sizindir. O ki qaldı reallığa kirpikləri süni yolla uzatmaq yerinə təbii yolla uzatmaq da məsləhətdir. Çünki bu daha faydalı və daha uzun ömürlüdür. Eləcə də daimi olaraq kirpikləri barmaqla yuxarı doğru sığallamaq az da olsa perma effekti verir. Bunun üçün də ev şəraitində istifadəyə yararlı alətlər satılır. Mütəxəsislər bildirirlər ki, gözəllik üçün gözləri qurban seçmək heç də düzgün deyil. Odur ki bu proseduru etməzdən öncə 100 ölçüb bir biçin.

Yazar : Rəşad Əliyev

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir