Bir çoxlarının kinkan kimi tanıdığı kumkvat adlanan sitrus meyvəsi ölkəmizdə yetişdirilir. Portağalı xatırladan bu meyvə üçüm giləsi böyüklüyündə olur. Bu meyvə acı qabığı və türşməzə ləti ilə fərqlənir.
Kukvatın qabığı, ləti hətta tumları da acı dadın olmasına baxmayaraq yeməlidir. Bu meyvədən kulinariyada da geniş istifadə edilir. Ondan bir sıra souslar, cem, jele, sukat, marmelad, şirə hazırlanır. Bundan əlavə kumkvatı piroqların, tortların, dondurmaların, salatların da tərkibinə əlavə etmək mümkündür. Bu dadlı meyvə həm də sağlamlıq üçün də çox faydalıdır.
Lakin bir çoxları onu acı dadını hüç də xoşlamır və faydalı xüsusiyyətlərini gözardı edərək onu qəbul etməkdən imtina edirlər.
1Arada.az bu faydalı meyvənin düzgün yeyilmə qaydasını təqdim edir:
Kumkvatın qabığı acıdır, ləti ilə türşməzədir. Onun dadından zövq almaq üçün bu meyvəni qabıqla yemək məsləhətdir. Onun acı dadından xilas olmaq mümkündür. Bunun üçün ilk əvvəl meyvəni barmaqlarınızla sıxın. Və ya qabığının yumşaltmaq üçün müyvəni 20 saniyə müddətində qaynar suya salın. Daha sonra isə soyuq suyla yuyun.