Kimlərə dikdaban geyinmək olmaz - Xanımlara məsləhət
Gözəllik və Dəb Qadın Uşaq Kişi

Kimlərə dikdaban geyinmək olmaz? – Xanımlara məsləhət

Yüksək dabanlı ayaqqablar qadınlara xüsusi gözəllik və qamət verir. Bu cür ayaqqabıda gəzmək kənardan gözəl görünsə də, bəzilər üçün bu heç də asan iş deyil. Həm də zərif cinsin bütün nümayəndələrinə dikdaban ayaqqabı geyimnəyə də icazə verilmir.

1Arada.az sizə bu gözəllikdən məhrum olan qadınların kimlər olduğu haqda məlumat verəcək.

İlk növbədə hamilə qadınlar dikdabandan imtina etməlidirlər. Qadının hər ay qarnı böyüyür. Buna görə də ağırlıq mərkəzinin yeri dəyişir. Hündür dabanlı ayaqqabı geyindikdə qadın müvazinətini saxlamaqda çətinlik çəkə və yıxılaraq zədə ala bilər.

Bu cür ayaqqabı ayaqlarda problem yaradır. Bu problemlərdən ən yayılanı varikoz damarların genişlənməsidir.  Buna görə də, vaxtlarının çox hissəsini ayaq üstə keçirən qadınlar, məsələn ofisiantlar, saç ustaları, müəllimələr və s. də yüksək dabanlı istifadə etməməlidirlər.

Həmçinin artıq çəkidən əziyyət çəkən qadınlar da dikdaban geyinməsələr yaxşı olar. Çünki bu zaman ayaqlara əlavə güc düşür ki, nəticədə ayaqlarda əlavə xəstəliklərin meydana çıxmasına şərait yaranır.

Dikdaban həm də yastıpəncəlikdən və varikoz damar genişlənməsindən əziyyət çəkən qadınlara da qadağandır. Bu cür ayaqqabı ayaqların vəziyyətini daha da ağılaşdıraraq yaxşı olmayan nəticələrə səbəb ola bilər.

İntensiv uzanma zamanı  orqanizm hələ ki, tam olaraq formalaşmır. Buna görə də yeniyetmə qızlar da vaxtından əvvəl dikdaban geyinməsələr yaxşı olar.  Əks halda qamət pozğunluğu, onurğa problemləri yarana bilər.

Öz sağlamlıqlarına daha diqqətli yanaşaraq dikdabandan imtina edən qadınlar gələcəkdə bir çox sağlıq problemlərini geridə qoya bilərlər.  

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir