Kartof Çipsi Əvəzinə Alma Qaxı Yeyin – Dadlı Olduğu Qədər də Faydalıdır
Xalq Təbabəti

Kartof Çipsi Əvəzinə Alma Qaxı Yeyin – Dadlı Olduğu Qədər də Faydalıdır


Qurudulmuş alma başqa sözlə alma qaxı hələ lap qədimlərdən bir çox rayonlarımızda hazırlanır. Qış tədarükü hesab edilən qurudulan alma çərəz kimi qış axşamları ən yaxşı məzə olub. Lakin müasir dövrdə çipsi, günəbaxan tumu kimi bir çox məzələr daha populyarlaşıb. Nəticədə də faydalı və dadlı meyvə quruları unudulub.


1Arada.az sizə dadlı olduğu qədər də faydalı olan alma qaxının bir sıra xüsusiyyətlərindən söhbət açacaq.


Qurudulmuş almanın tərkibində kalsium, kalium, dəmir, natrium, fosfor, yod, kükürd, mis və molibden kimi bir sıra əhəmiyyətli minerallar mövcuddur.
Alma qaxı orqanizmdə olan faydalı bakteriyaların çoxalmasını təmin edir. Yaddaşı və zehni bacariğı yaxşılaşdırır.
Gün ərzində bir neçə ədəd yeyilməsi yaddaş pozulması və qocalığa bağlı ağıl zəifliyi riskini azaldır. Alma qurusu maddələr mübadiləsini yaxşılaşdırır. O həmçinin də onkoloji xəstəliklərin profilaktikasında da istifadə edilir. Metaztazin əmələ gəlməsinin qarşısını alır.

Həzmi normaya salaraq bağırsağın işini asanlaşdırır. Güclü qan təmizləyicidir. Aşağı qan təzyiqi və qan damarlarının qalınlaşması zamanı müsbət effekt verir.
Alma qaxı həm də görməni yaxşılaşdırır, dərini, saçları və dırnaqları möhkəmləndirir. Əsəb xəstəliklərində çox faydalıdır.
Bu qida məhsulunun qlikemik indeksi aşağıdır. Buna görə də onu kartof çipsinin və ya suxarının yerinə rahatlıqla yemək olar.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir