Karantin rejimi daha üç həftə uzadıldı
Hər Şeydən Bir Az

Karantin rejimi daha üç həftə uzadıldı

Britaniya hökuməti koronavirusla bağlı karantin rejiminin daha üç həftə davam edəcəyini deyib.

1Arada.az-ın xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər naziri Dominik Raab hökumətin koronavirusla bağlı günlük keçirdiyi brifinqdə bildirib.

“Hökumət hazırkı karantin rejiminin ən az növbəti üç həftə ərzində davam etməsi bəradə qərar qəbul edib”,- deyə o bildirib.

Xarici İşlər naziri hökumətin bu qərarı Fövqəladə Hallar üzrə Elmi Məşvərət Qrupunun (SAGE) məsləhətlərini nəzər alaraq verdiyini deyib. O, bu qərarın koronavirusun pik həddə çatacağı təqdirdə onunla ən yüksək dərəcədə mübarizə aparmaq üçün çox vacib olduğunu bildirib.

Xatırladaq ki, Britaniyda hazırkı karantin rejiminin şərtlərinə görə, ölkədəki bütün əyləncə, istirahət mərkəzləri, alış-veriş mərkəzləri, kinoteatrlar, kafe və pivəxanalar, əksər restoranlar və iş yerləri bağlanıb. İnsanlar evlərindən çölə yalnız bir neçə halda çıxa bilər. Onlar gündə bir dəfə idmanla məşğul olmaq üçün yaxınlıqdakı parka, ərzaq mağazalarına, marketlərə gedə bilər. İki nəfərdən artıq toplaşmaq isə qadağan olunub.APA

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir