Karantin günlərini bölgələrdə keçirən MƏŞHURLAR - SİYAHI
Hər Şeydən Bir Az Məşhurlar

Karantin günlərini bölgələrdə keçirən MƏŞHURLAR – SİYAHI

Bir çox sənətçilər karantin günlərini Bakıda deyil, bölgələrdə keçirir.

1Arada.az Yenicag.az-a istinadən bölgələrdə olan sənətçilərin siyahısını təqdim edir:

Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov Ağstafa rayonundakı evində qalır. Karantinin başa çatacağı və Bakıya qayıdacağı günü səbirsizliklə gözləyir.

Xalq artisti Gülyanaq Məmmədova ailəsi ilə birgə ata yurdu Şəkinin Yuxarı Dəhnə kəndindədir. Novruz bayramında kəndə gedən sənətçi karantin günlərində geri qayıda bilməyib.

Müğənni Vasif Məhərrəmli ailəsi ilə birgə doğulduğu Qazax rayonunun Xanlıqlar kəndindədir. Çətin günlərdə yaşlı anasına dəstək olmaq üçün onun yanına gedib.

Rəqqasə və aktrisa Oksana Rəsulova oğlu Osmanla birgə ata yurdu olan Şabran rayonunda, anasının bağ evində qalır.

Əməkdar artist Abbas Bağırov karantin günlərini doğulduğu Gəncə şəhərindəki evində keçirir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir