BLACKPINK
Maraqlı Məlumatlar Məşhurlar

K-Pop qrupu BLACKPINK

K-pop gündən-günə daha da məşhurlaşır. Musiqiləri və rəqsləri ilə diqqət çəkən bir çox k-pop qrupu var. Bu qruplardan biri də BLACKPİNK’dir. 2016-cı ildə çıxış edən və 4 nəfərdən (Jisoo, Jennie, Rosé və Lisa) ibarət Blackpink’in, dünyanın hər yerində pərəstişkarları var.

Jisoo (Vokalist)

Qrupun ən böyük üzvü olan Jisoo, 3 yanvar 1995-ci ildə anadan olmuşdur. Fanlar tərəfindən Blackpinkin ən gözəl və əyləncəli üzvü olaraq seçilmişdir.

Jisoo, Blackpink çıxış etməzdən əvvəl bir çox klipdə və reklamlarda yer almışdı.

Digərləri kimi İngiliscə çox yaxşı danışa bilməsə də, üç dildə Koreyaca, Yaponca və Çincə danışa bilir.

Jennie (Rapçi)

Jennie 16 yanvar 1996-cı ildə Seulda anadan olmuşdur. Bir qədər Yeni Zellandiya’da yaşadıqtan sonra 2010’da ailəsi ilə birlikdə Cənubi Koreya’ya qayıdır. Koreyaca, Yaponca və İngiliscə çox yaxşı danışa bilir.

Jennie 2018-ci ildə “Solo” adında mahnı çıxartmışdı və bu mahnının sevərək dinləyənləri də çox olmuşdu.

Rosé (Vokalist)

11 fevral 1997-ci ildə Yeni Zellandiya’da anadan olub, Avstraliyada böyüyən Rosé, qrupun baş vokalistidir.

Mahnılarda onun fərqli səsini eşidən kimi tanıya bilərsiniz. Gitara və piyano çala bilir, həm İngiliscə həm də Koreyaca danışa bilir.

Lisa (Dansçı, Rapçi)

Blackpink’in baş dansçısı olan Lisa, qrupun ən kiçiyidir. 27 mart 1997-ci ildə Tayland’da anadan oldu və orada böyüdü.

2011-ci ildə Cənubi Koreya’ya köçdükdən sonra İngiliscə, Yaponca və Çincə öyrənməyə başladı.

Hər nə qədər rap desə də, çox zaman danslarıyla da önə çıxır.

BLACKPINKin 1 Milyard’dan çox izlənən ‘Kill This Love’ ,’Ddu-Du Ddu-Du’ və ‘Boombayah’ klipləri

Ddu-Du-Ddu-Du

Boombayah

Kill This Love

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir