K-Pop son günlərdə diqqət çəkməyə davam edir. “Korean Pop” mənasını verən K-Pop, Cənubi Koreyada inkişaf etməkdə olan musiqi mədəniyyətini təmsil edir. Cənubi Koreyadan sosial şəbəkə platformaları vasitəsi ilə bütün dünyaya şöhrəti yayılan K-Pop təmsilçilərinin beynəlxalq pərəstişkarları var.
Budur, “K-Pop nədir və bunun mənası nədir?”:
K-Pop adətən rəqs, elektronik, elektropop, hip-hop, rok və müasir R&B-dən ibarətdir. 1990-cı illərin əvvəllərində ortaya çıxan K-Pop, son illərdə qlobal bir imaca sahibdir. Buradakı ən böyük fayda isə, texnologiyanın inkişafı ilə sosial platformalarda paylaşımların yayılması ilə meydana gəldi.

Cənubi Koreyalı müğənni PSY’nın “Gangnam Style” mahnısının klipi YouTube’da ən çox izlənilən videolardan biridir. K-pop musiqisi xüsusilə gənclər arasında populyardır. K-Pop yalnız musiqisi ilə deyil həm də, rəqsləri ilə məşhurdur. K-Pop musiqilərinin demək olar ki, hamısının rəqsi var. K-Pop’da əsasən, 3-5-7-13 nəfərlik qız və oğlanlandan ibarət qruplar olur. Ən populyar K-Pop qruplarına isə BTS, BLACKPİNK və TWICE’ı nümunə göstərmək olar. K-Pop qrupunun hər bir üzvü “İdol” adlanır.