Kətan toxumunu balla qarışdırıb için – Bağırsaqları təmizləyən ən effektli detoks
Xalq Təbabəti

Kətan toxumunu balla qarışdırıb için – Bağırsaqları təmizləyən ən effektli detoks

Kətan toxumunun faydaları haqda çox danışılır. Onu balla qarışdırıb içmək detoks effekti verərək bağırsaqları təmizləyir, damarları və immuniteti gücləndirir.

Yoğun bağırsaq qidanın tərkibindəki suyu və elektrolitləri sovuraraq nəcisə çevirərək bayıra çıxarır. Amma əgər bu orqanda həddən çox şlaklar yığılarsa o zaman bağırsaqların hərəkəti yavaşlayır.

Balın tərkibində olan xüsusi fermentlər yağların düzgün parçalanmasını təmin edir. O bədəni vitaminlərlə təmin edərək mədə bağırsaq sisteminin işini normallaşdırır vbə stress əleyhinə təsir göstərir. Sinir sistemini sakitləşdirərək yuxu gətirir.

Kətan toxumu isə omeqa – 3 yağlarının təbii mənbəyidir. Bu doymamış yağ turşuları orqanizmdən toksinləri, xolesterolu və kanserogenləri xaric edir. Kətan toxumu maddələr mübadiləsini sürətlndirir.

Bal ilə qarışdırılmış kətan toxumu bağırsaqları digər detoks effekti verən qarışımlardan 2 dəfə tez və effektli təımizləyir.

1Arada.az sizə bu iki maddədən hazırlanan detoks kokteylinin reseptlərini təqdim edir:

Resept 1: 1 ədəd yaşıl almanı, 1 xörək qaşığı kətan toxumunu, 1 xörək qaşığı balı və 1 stakan suyu blenderdə qarışdırın. Alınan kokteyli 1 ay ərzində 1 gündən 1 səhər yeməyindən qabaq için.

Bağırsaqlarının vəziyyəti daha da ciddi olan şəxslər birinci reseptə başlamazdan əvvəl yaxşı olardı ki, 2-ci resepti tətbiq etsinlər.  

Resept 2: 1 xörək qaşığı kətan toxumunun üzərinə 1 stəkan qaynar su tökün. Su soyuduqdan sonra üzərinə 1 xörək qaşığı bal əlavə edin.İki həftə müddətində hər gün yeməkdən qabaq qəbul edə bilərsiniz. İki həftənin tamamında isə birinci resepti tətbiq edin.

İki həftədən sonra reseptdə göstərilən suyu kefir və ya qatıqla əvəz edə bilərsiniz. Bu sizin bağırsaqlarınızda faydalı bifidobakteriyaların meydana çıxmasına şərait yaradacaq.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir