İsrail koronavirusa qarşı vaksin yaratdığını bəyan etdi
Hər Şeydən Bir Az Xəstəliklər

İsrail koronavirusa qarşı vaksin yaratdığını bəyan etdi

İsrail alimləri koronavirusa qarşı peyvəndin yaradılması istiqamətində irəliləyişə nail olublar.

1Arada.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə naziri Naftali Bennetta məlumat verib.

Onun sözlərinə görə, İsrail Bioloji Tədqiqatlar İnstitutunun məxfi laboratoriyasına baş çəkib və ona yoluxmuş bir şəxsin bədənindəki koronavirusu neytrallaşdıra bilən antitelin necə işlədiyi göstərilib.

“Bu antitellər virusa hücum edib və onu xəstənin bədənində zərərsizləşdirə bilirlər”, – nazir deyib.

O əlavə edib ki, hazırda patent qeydiyyata alınır və daha sonra kommersiya istehsalına başlanılacaq. Bununla birlikdə, nazir peyvəndin hazırlanması müddətini göstərməyib.

İsrail alimlərinin apardıqları tədqiqat nəticələri “Nature Communications” jurnalında dərc edilib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir