Insanın yaddaşı sonsuzdurmu? O nə vaxtsa dola bilərmi?
1Arada.az xəbər verir ki, Amerikada yerləşən Şimal-Qərbi Universitetin psixologiya fakultəsinin professoru Pol Reber bildirib ki, bu mümkündür. Amma insan ömrü buna yetmədiyi üçün heç bir insan bu halla üzləşməyib. İnsan beyni təxminən 2 kvardilliyon bayt həcmində yaddaşa malikdir. Təsəvvür edin ki, əgər insan beyni yeksək keyfiyyətli daimi olaraq videoyazı edən kamera olsaydı zaman bu yaddaş ona 300 il bəs edərdi. Məsələn həyatınız boyu öyrənəcəyiniz dillərin sayı yaşadığınız illər və göstərdiyiniz səylə ölçülür.
Limit yaddaşda yox həyatın uzunluğundadır. “Mənim beynim çox yüklənib” deyən insanlar sadəcə olaraq ondan istifadə etməyi bacarmırlar. Onları da anlamaq asandır. Təsəvvür edin ki, yaddaşında milyonlarla mahnı olan hər hansı bir qadjetdən yaxşı axtarış sistemi olmadan özünüzə lazım olan mahnını tapmaq çətindir. Axtariş sistemi isə öz üzərində işləyən və daim öyrənən insanlarda yaranır.