İlham Əliyev qanun imzaladı - Uşaqlar üçün 170 manat...
Hər Şeydən Bir Az

İlham Əliyev qanun imzaladı – Uşaqlar üçün 170 manat…

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında və Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında qanunları imzalayıb.

1Arada.az bildirir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilir.

2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.

Hər iki qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. (Kommersant.az)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir