İki qurum avtomobillərini satışa çıxarır - QİYMƏTLƏR
Avtomobil Dünyası

İki qurum avtomobillərini satışa çıxarır – QİYMƏTLƏR

Fevralın 11-də avtomobillərin hərracda satışı təşkil ediləcək.

1Arada.az-ın məlumatına görə, “Zabrat Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyətinin iki avtomobili satışa çıxarılacaq.

Qurumun 1996-cı il buraxılışlı “Daewoo Espero” avtomobilinin ilkin qiyməti 1500 manata təklif olunacaq.

Zavodun 2000-ci il buraxılışlı “Daewoo Super Salon” avtomobilinin start qiyməti 2000 manat olacaq.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının balansında olan, 2006-cı il buraxılışlı “Nissan Maxima” avtomobilinin isə ilkin qiyməti 10 min manata təklif ediləcək.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emdk.gov.az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.  

Oxu.Az

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir