İki həftəlik sərt karantin rejimi tətbiq ediləcək – İyunun 21-dən başlayır…
Redaktorun Seçimi Tibbi Xəbərlər

İki həftəlik sərt karantin rejimi tətbiq ediləcək – İyunun 21-dən başlayır…

Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunacaq.

1Arada.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

“Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda tətbiq olunacaq ciddi karantin rejimi ilə bağlı iyunun 19-da qərar verəcək”.

Ciddi karantin rejimi 21 iyun saat 00.00-dan 5 iyul saat 06.00-dək dövrü əhatə edəcək.

Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir