İİV Azərbaycanda ən çox bu ərazilərdə yayılıb
Tibbi Xəbərlər

İİV Azərbaycanda ən çox bu ərazilərdə yayılıb

Azərbaycanda İİV-in (İnsanda immunçatışmazlığı virusu) yayılma göstəricisinin yüksək olduğu ərazilər məlum olub.

1Arada.az-ın məlumatına görə, bunu Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbirdə mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, bunun səbəbi ölkəyə daha çox cənubdan narkotikin keçirilməsi ilə bağlıdır:

“Yoluxma göstəricisi Şirvanda 52,9 faiz, Hacıqabulda 31,2 faiz, Astarada 26,4 faiz, Mingəçevirdə 13,4 faiz,  Xızıda 11,3 faiz, Göyçayda 10,8 faiz, Lənkəranda 20,9 faiz, Sumqayıtda 16,4 faiz, Yevlaxda 14,2 faiz, Bakıda isə 7,5 faizə bərabərdir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 23,6 faizi Bakı şəhəri və Abşeron rayonunda, 75,7 faizi regionlarda yaşayır. 0,7 faiz şəxsin isə ərazi mənsubiyyəti naməlumdur”.

“Cənub zonasında əhali az olduğuna görə, yeni yoluxma faizi yüksəkdir. Əhali sayı paytaxtda iki milyondan yuxarı olduğu üçün hər 1000 nəfərə düşən say azdır”, – deyə N.Zülfüqarov qeyd edib. (Oxu.az)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir