Gözəl Evim Hər Şeydən Bir Az

İdeal Dəhliz Necə Olmalıdır?

Teatr asılqandan başladığı kimi ev də dəhlizdən başlayır. Məhz evin bu hissəsində qonaqlar qarşılanır və yola salınır, evdən çıxmazdan əvvəl güzgüdə insan özünü qaydaya salır, yorğun iş günündən sonra ayaqqabılarını və üst geyimini soyunub rahatlanır. Əhval ruhiyyəni düzgün tonda saxlamaq üçün dəhlizdə əşya və rəng seçimini düzgün etmək lazımdır.

Dəhliz dizayn edilərkən onun ölçüləri nəzərə alınmalıdır. Bir çox evlərdə dəhliz kiçik olur. Belə olan halda divarları tünd rəngə boyamaqdan çəkinin. Çünki bu divarları vizual olaraq daha da yaxınlaşdırır. Kişik dəhlizlər üçün yaxşı olardı ki soyuq tonlarda olan rəng seçimi edəsiniz. Bunlara süd rəngi, açıq qəhvəyi, mavi, fil sümüyü rəngi, gümüşü, kül rəngi, bej və ya boz rənglər aiddir. Ağ rəngli divarlara kölgə düşdükdə isə netral boz rəng meydana çıxır. Kiçik ölçülü dəhlizlərin boz və ya bej rəngə boyanması onun oluğundan geniş görünməsinə səbəb olacaq.
Əgər evinizin dəhlizi böyükdürsə o zaman rəng seçimində sərbəstsiniz, belə ki, narıncı, qırmızı, sarı, krem, qaysı rəngi, qəhvəyi, çəhrayı kimi isti rənglərə üstünlük verə bilərsiniz.
Dəhliz dizaynında başqa bir əhəmiyyətli məqam işıqlandırmadır. Burda bir məqama diqqət yetirilməlidir: divarların parlaqlığı məkanın ümumi işıqlandırılması ilə eyni proporsionda olmalıdır.Əgər dəhlizdə gündoğan istiqamətində pəncərə varsa onda divarları göy, yaşıl, indiqo, dəniz dalğası, bənövşəyi rəngdə boyamaq mümkündür. Zəif işıqlandırırlan dəhlizi isə açıq rənglərdə boyamaq lazımdır. Dizaynerlərin sözlərinə görə, kifayət qədər işıqlandırılmayan dəhlizin divarları ağ rəngə boyandıqda onlar darıxdırıcı və “kirli” görünüş alır. Ağ rəng gün işığını əks etdirir, lakin dəhlizdə lazımı işıqlandırma yoxdursa o zaman başqa rəngə üstünlük verilməlidir. İstənilən məkanın tərtibatı zamanı “3 rəng qaydası” əsas götürülməlidir. Bu isə o deməkdir ki, siz bir əsas 2 əlavə rəng seçməlisiniz. Əgər dəhliz neytral rəngdə hər hansı bir paylaq aksentlərsiz rənglənəcəksə o zaman əlavə rəng kimi süd, bej rəngi, qəhvəyi, boz və ya göy rəng seçə bilərsiniz. Rənglərin bir birinə yüngül keçidi insanı qıcılandırmayacaq və bezdirməyəcək. Kontraslıq tələb olunduqda isə açıq rəng kimi ən yaxşı variant ağ rəng hesab edilir. Divarlar tübd rəngdə boyandıqda isə qapılar və mebel ağ rəng olduqda çox effektli görünür. Döşəmə və tavan isə yaxşı olar ki, neytral rənglərdə hazırlansın. Məsələn: parlaq sarı rəngli divarlar bozumtul və ya açıq qəhvəyi rənglərlə hormoniya yaradır.Əgər mebel parlaq rənglidirsə onlar üçün ən yaxşı fon açıq rəngli divarlar olacaqdır. Məsələn açıq bozumtul divarlı dəhlizdə yaşıl rəngli şkaf və narıncı rəngli puf çox gözəl görünər. Bu zaman müasir görünüşlü asılqan və işıqlandırıcılar həmçinin də güzgü köməkçi element kimi işə yarayar.
İstənilən vizual effektə nail olmaq üçün materialların fakturası da əhəmiyyət kəsb edir. Hal-hazırda divarların təbii ağacla örtülməsi populyarlaşıb. Bu ekoloji təmiz materialı divara yığarkən onların düz olmasına ehtiyac duyulmur. Uğurlu seçilmiş rəng çaları isə dəhlizə daha isti və rahat ab –hava verir. Daha böyük ölçülü dəhlizlərdə isə divarlarda dekorativ kərpic görünüşü gözəl görünəcək. Dəhlizinizi daha unikal görünüşə salmaq istəyirsinizsə o zaman divarları “ombre” tərzində boyaya bilərsiniz.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir