İcbari tibbi sığortanın tətbiqi ardıcıllığı müəyyənləşdi
Hər Şeydən Bir Az

İcbari tibbi sığortanın tətbiqi ardıcıllığı müəyyənləşdi

Nazirlər Kabineti “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi və “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 27 dekabr tarixli qərarının ləğv edilməsi barədə qərar verib.

1Arada.az BakuPost.az-a istinadən xəbər verir ki, qərara əsasən, icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqinin yeni ardıcıllığı aşağıdakı kimi müəyyən olunub:
– Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında 2020-ci ilin yanvar ayından etibarən;
– Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında 2021-ci ilin yanvar ayından etibarən;
– Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarında 2021-ci ilin aprel ayından etibarən.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir