“Mall”ar fəaliyyət göstərməyəcək
Xüsusi karantin rejimi tətbiq olunan Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonununda iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.
1Arada.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov APA-ya açıqlamasında bildirib ki, xüsusi karantin rejimi günlərində iri ticarət mərkəzləri ilə yanaşı, “Mall”ar da fəaliyyətini dayandıracaq.