Havanın soyuması koronavirusun yayılmasını sürətləndirəcək və... - Professordan ŞOK AÇIQLAMA
Hər Şeydən Bir Az

Havanın soyuması koronavirusun yayılmasını sürətləndirəcək və… – Professordan ŞOK AÇIQLAMA

“Pandemiya daşıyıcılarının artmasının səbəbi potensial yoluxma hallarının üzə çıxması və yayılmasıdır”.

1Arada.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib.

Professor havanın soyumasının koronavirusa hansı formada təsir edəcəyini belə izah edib: “Havanın soyuması, güclü küləyin əsməsi, yağış və ya qarın yağması Azərbaycanda koronavirusun yayılmasına şərait yaradacaq. Yəni belə havalarda insanlar geyim formasını düz seçə bilmirlər. Bu səbəbdən də soyuqdəymə meydana çıxa bilər. Ancaq düşünürəm ki, havaların soyuması müvəqqətidir”.

A.Qeybulla bildirib ki, pandemiyanın yayılma və yoluxma prosesi aprelin ortalarında pik həddə çatacaq: “Aprelin 20-dən sonra isə karantin tədbirlərinə düzgün əməl olunsa və insanlar izolyasiya qaydalarına ciddi yanaşsa, yoluxma hallarının azalmasına şahid ola bilərik. Mayda isə tamamilə azalma qeydə alınmalıdır. Hazırda proqnozlaşdırılan budur. Rəqəmlərin artmasının səbəbi isə potensial yoluxma hallarının özünü birüzə verməsidir. 14-28 gün ərzində inkubasiya dövrü sona çatdığı üçün say artır”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir