Sabahdan etibarən ölkə ərazisində hərəkət məhdudlaşdırılır. Vətəndaşların SMS-lə icazə alıb yaşayış yerini tərk etmələri ilə bağlı məsələlərdən biri də yaxın qohumunun dəfnində iştirakla bağlıdır.Bəs, dəfnində iştiraka verilən yaxın qohumlar hansılardır?
DİN-dən 1Arada.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 19-cu maddəsinə əsasən, yaxın qohumlar anlayışına nənələr, babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı-qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr aid edilib.
