Hamilə qadınlar dəniz məhsulları yesinlər – Səbəb
Qadın Uşaq Kişi

Hamilə qadınlar dəniz məhsulları yesinlər – Səbəb

Hamiləlik zamanı qidalnma sistemi həkimlə birlikdə tərtib olunmalıdır. Çünki həkim qadının və inkişafda olan dölün orqanizmi üçün hansı maddələrə daha çox ehtiyac olduğunu yaxşı bilir.

1Arada.az bildirir ki, hamilə qadının qida rasionun nə qədər rəngarəng olsa bir o qədər yaxşıdır. Həkimlər bu rasiona dəniş məhsullarının da əlavə edilməsinin vacib olduğunu bildirirlər. Aparılan araşdırma nəticəsində,məlum olub ki, dəniz məhsullarından çox istifadə edən qadınların ölvadlarının diqqəti daha yüksək olur.

İlk trimestrdə dəniz məhsullarından istifadə uşaqlarda diqqətin yaxşı inkişaf etməsinə səbəb olur.  Amma bu hamiləliyin ilk 3 ayından sonra  effekt vermir. Səbəbi isə bu müddətdə dölün sinir sisteminin artıq formalaşmış olmasıdır.

Dölün sinir sisteminin inkişafında rol oynayan doymamış yağ turşuları dəniz məhsullarında bol miqdardadır.Bu maddələr uşağın beynini funksiyası üçün vacib olduğundan onun çatışmazlığı ciddi fəsadlara yol aça bilər.  

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir